Bilyard üzrə muxtar respublika birinciliyi keçirilir -

Bilyard üzrə muxtar respublika birinciliyi keçirilir - FOTO

26 Sentyabr 2026

Naxçıvan şəhərində bilyardin qarışıq piramida növü üzrə muxtar respublika birinciliyinə start verilib.

Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Uğur Bilyard Salonu”nun təşkilatçılığı ilə keçirilən turnirdə 32 iştirakçı mübarizə aparır. Yarış 26 və 28 sentyabr tarixlərini əhatə edir.

Turnirin keçirilməsində əsas məqsəd bilyard idman növünə marağın artırılması, peşakar bilyardçıların formalaşmasına zəmin yaratmaqdır.

Yarışın sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə, turnirin qalibi isə eyni zamanda baş mükafat – kubokla təltif olunacaq.