Xankəndi stadionunda təmir işləri nə vaxt başa çatır?

Xankəndi stadionunda təmir işləri nə vaxt başa çatır?

23 Sentyabr 2026

"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

"NAXÇIVANXƏBƏLƏRİ" məlumat verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.