Müqavilə azadlığı prinsipi nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Müqavilə azadlığı prinsipi nədir?
Cavab: Müqavilə azadlığı şəxslərin müqavilə bağlamaq və ya bağlamamaq, müqavilənin tərəfini seçmək və qanunun yol verdiyi çərçivədə müqavilənin şərtlərini müəyyən etmək hüququnu ifadə edir. Şəxs, bir qayda olaraq, öz iradəsi olmadan müqavilə bağlamağa məcbur edilə bilməz. Eyni zamanda tərəflər müqavilənin məzmununu müəyyən edərkən qanunun məcburi tələblərinə riayət etməlidirlər. Məsələn, iki şəxs əmlakın satılması barədə razılığa gələrək qiyməti, ödəniş qaydasını və digər şərtləri qanunvericiliyin tələblərinə uyğun müəyyən edə bilərlər. Müqavilə azadlığı mütləq xarakter daşımır. Qanun müəyyən hallarda müqavilənin bağlanmasını, formasını və ya ayrı-ayrı şərtlərini məcburi qaydada müəyyən edə bilər.
Sual Ordubad rayon prokurorunun köməkçisi Ülvi Hüseynov tərəfindən cavablandırılıb








