Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir

27 Oktyabr 2026

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına görə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf”, 2018-ci ildə “Şöhrət” ordenləri ilə təltif edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum edilib.