“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

27 Oktyabr 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” və “WhatsApp Business” hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı istifadəçilərə xəbərdarlıq edib və hesabların qorunması üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına görə, istifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilib:

  • Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.
  • İki mərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.
  • Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.
  • QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. “Hesabınız bağlanacaq”, “biznes hesabınızı təsdiqləyin” və ya “dəstək xidməti” adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.
  • Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. WhatsApp və WhatsApp Business-i yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.
  • Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.
  • Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.

"Təkcə iki mərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir", - deyə məlumatda qeyd edilib.