Naxçıvanda noyabrın 3-də bəzi rayonlarda yağış yağacaq

Naxçıvanda noyabrın 3-də bəzi rayonlarda yağış yağacaq

02 Noyabr 2026

Naxçıvan Muxtar Respublikasında noyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, muxtar respublikanın bəzi ərazilərində, xüsusilə Sədərək və Ordubad rayonlarının ayrı-ayrı yerlərində arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.