Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir

Azərbaycanda qadınlar 24, kişilər 28 yaşda evlənir

01 Noyabr 2026

Azərbaycanda 2025-ci ildə ilk dəfə nikaha daxil olan qadınların orta yaşı 24,1, kişilərin isə 28,7 yaş olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2000-ci ildə bu göstəricilər qadınlar üçün 23,1, kişilər üçün isə 27,3 yaş təşkil edib.

Ötən il bütün qeydə alınmış nikahlar üzrə orta yaş qadınlarda 25,1, kişilərdə 30,1 olub.