Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 32,4 % artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 6924 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, bunlardan 2481-i daşınmaz əmlakın texniki pasportu, 4443-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 673 torpaq sahəsi, 108 mənzil, 93 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 984 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.








