Azərbaycanda turizm şirkətlərinin sayı rekord həddə çatıb

Azərbaycanda turizm şirkətlərinin sayı rekord həddə çatıb

05 İyul 2026

Azərbaycanda fəaliyyət göstərən turagent və turoperatorların sayı ötən il rekord həddə yüksəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm – 2026" statistik məcmuəsində məlumat verilib.

Məlumata görə, 2025-ci ildə ölkədə fəaliyyət göstərən turagent və turoperatorların sayı 434 olub. Bu göstərici 2024-cü ildə 381, 2023-cü ildə 300, 2022-ci ildə 240, 2021-ci ildə isə 150 təşkil edib. Beləliklə, son beş ildə turizm şirkətlərinin sayı təxminən 2,9 dəfə artıb.

Statistikaya əsasən, ötən il fəaliyyət göstərən bütün turagent və turoperatorlar qeyri-dövlət sektoruna məxsus olub. Onlardan 407-si özəl, 17-si xarici, 10-u isə birgə müəssisə kimi fəaliyyət göstərib.

Hesabatda qeyd olunur ki, turizm sektorunda məşğulluq da artıb. Belə ki, 2025-ci ildə turagent və turoperatorlarda çalışan işçilərin sayı 2 min 687 nəfərə çatıb. Bu göstərici 2021-ci ildə 962 nəfər idi.