Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2025

Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.