Bahar Muradova Zofia Kontsla görüşüb

Bahar Muradova Zofia Kontsla görüşüb

11 Mart 2025

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstanın ailə məsələləri üzrə dövlət katibi Zofia Kontsla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə iki ölkə arasında dostluq münasibətləri, eləcə də iqtisadi, sosial, siyasi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

Tərəflər ailə məsələləri sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparıb, gələcəkdə Macarıstan və Azərbaycan arasında bu sahədə həyata keçirilməsi vacib olan layihələri müzakirə ediblər.

Qeyd edək ki, görüş BMT-nin Qadınların Statusu Komissiyasının Nyu-Yorkda keçirilən 69-cu sessiyası çərçivəsində baş tutub.