SON DƏQİQƏ
Hərbi Foto

"Bayraktar Kızılelma" tarixə düşüb

247 baxış 1 dəq

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" növbəti tarixi uğura imza atıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, "Bayraktar Kızılelma" Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava-hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, "Bayraktar Kızılelma" dünyada bunu edən ilk pilotsuz döyüş təyyarə olub.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Ssenariyə uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu, "Bayraktar Kızılelma" üzərində yerləşən ASELSAN müdafiə sənayesi şirkətinin hazırladığı URAD AESA radarı tərəfindən aşkar edilib və izlənilib.

Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi qanadının altında daşıdığı GÖKDOĞAN Beyond Visual Range hava-hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub.

Türkiyə aviasiya tarixində yeni bir dövrün başlanğıcını qoyan bu sınaq səmada yaxından izlənilib.

Fotolar

1 foto