Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

14 Yanvar 2025

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müvafiq qərarlar müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımov və qurumun katibi Mikayıl Rəhimovun təqdimatlarına əsasən, 68 saylı Sabirabad-Şirvan, 86 saylı Ağcabədi, 72 saylı Cəlilabad kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.

Müvafiq qərarlar səsverməyə çıxarılaraq qəbul edilib.