Bu günədək İrandan 2214 nəfər təxliyə olunub

Bu günədək İrandan 2214 nəfər təxliyə olunub

12 Mart 2026

Fevralın 28-i saat 8:00-dan martın 12-si saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2 283 nəfər təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, təxliyə olunanların 395 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda Çindən 685, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 140, İndoneziyadan 68, Omandan 57, İtaliyadan 44, İrandan 29, İspaniyadan 26, Əlcəzair 25, Səudiyyə Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan və Nigeriyadan hərəsindən 13, Macarıstan, Polşa və Özbəkistandan hərəsindən 12, İsveçrə və Meksikadan hərəsindən 11, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikası və Kanadadan hərəsindən 10 vətəndaş Azərbaycana təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyadan 9, Braziliyadan və Qazaxıstandan 8, BƏƏ-dən, Slovakiyadan, Belçikadan və Rumıniyadan hərəsindən 6, Serbiyadan, Çexiyadan, Əfqanıstandan, Avstriyadan və Hindistandan hərəsindən 5, İordaniyadan, Banqladeşdən, Türkiyədən, Ukraynadan, Şri-Lankadan, Küveytdən, Bəhreyndən, ABŞ-dən, Finlandiyadan və Niderlanddan hərəsindən 4, Qətərdən, Filippindən, Xorvatiyadan, Avstarliyadan və Danimarkadan hərəsindən 3, Nepaldan, Livandan, Yəməndan, Qırğızıstandan, İsveçdən, Sudandan, Kiprdən və Sloveniyadan hərəsindən 2 vətəndaş var.

İrandan Azərbaycana Tunisdən, Cənubi Afrika Respublikasından, Maldiv Adalarından, Myanmadan, Kubadan, Vatikandan, Argentinadan, Bosniya və Herseqovinadan, Latviyadan, Misirdən və Belizdən hərəsindən 1 vətəndaş təxliyə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.