Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

12 Mart 2026

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, üçüncü Qədr gecəsi ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.