Bu il 700-dək vətəndaşa özünüməşğulluq aktivləri verilib
2026-cı ilin yanvar-fevral ayı ərzində 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına 545 nəfər kənd təsərrüfatı, digərləri istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.








