Bu il 85 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Bu il 85 müharibə veteranı üçün kiçik bizneslər qurulub

04 Aprel 2026

Bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.