Cevdet Yılmaz: "Zəngəzur bağlantısının reallaşması Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək"

Cevdet Yılmaz: "Zəngəzur bağlantısının reallaşması Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək"

23 Dekabr 2025

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin beynəlxalq nəqliyyat-logistika marşrutu kimi rəqabət gücünü əhəmiyyətli dərəcədə artıracaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Türkiyə-Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da yüksəlib və bu marşrutun əsas komponentlərindən biri Azərbaycandır:

"Zəngəzur bağlantısının reallaşması həm Cənubi Qafqazda sabitlik və rifah üçün yeni imkanlar yaradacaq, həm də Orta Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək".

C. Yılmaz qeyd edib ki, Azərbaycan regionda və qlobal miqyasda mühüm rol oynayır və Orta Dəhlizin inkişafı baxımından əsas tərəfdaşlardan biridir.