Ceyhun Bayramov Əhməd Attaf ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri üzrə naziri Əhməd Attaf ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilib.
BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, o cümlədən Azərbaycanın CICA-ya sədrliyi və gələn il İƏT Zirvə görüşünə ev sahibliyi kontekstində müzakirə edilib.
Yaxın Şərqdə gərginliyin azaldılmasının, atəşkəsin möhkəmləndirilməsinin və münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.








