Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

01 May 2026

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.