"Edama məhkumun son günü" tamaşası növbəti festivala yola düşüb - FOTO
Viktor Hüqonun eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Edama məhkumun son günü" tamaşası növbəti qastrol çıxışı üçün Türkiyənin Samsun şəhərinə yola düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı isə Lamiyə Əliyevadır. Rolları Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova ifa edirlər.
Bu tamaşa ilk dəfə 17 iyun 2023-cü ildə Naxçıvan Dövlət Milli Dram Teatrında premyerasını edib və indiyədək bir sıra nüfuzlu səhnələrdə uğurla nümayiş olunub. Tamaşa Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Azərbaycan Teatr Xadimləri İttifaqında və Gəncə Dövlət Milli Dram Teatrında uğurla səhnəyə qoyulub.