Əli Əsədov Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan forumda iştirak edir
Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumda iştirak edir.
Baş nazirin forumun plenar iclasında çıxış edəcəyi gözlənilir.








