Əmlakı zədələməyə görə nə zaman cinayət məsuliyyəti nəzərdə tutulub ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələməyə görə nə zaman cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ?
Cavab: Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 187-ci maddəsində özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələməyə görə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin əməli törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Babək rayon Prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev