"Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib -

"Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib - FOTO

10 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.                                                                                                                             

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  Naxçıvan Texniki Kollecinin direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Türkanə Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.