Evimə oğru girərsə...

Evimə oğru girərsə... HÜQUQ MƏSLƏHƏTİ

08 Aprel 2026

Sual: Evimə oğru girərsə, ona xəsarət yetirirərəmsə cinayət məsuliyyəti yaradırmı?

Cavab: Evinizə oğru daxil olarsa, sizə müqavimət göstərərsə və sizdə özünüzü müdafiə etmək məqsədilə ona xəsarət yetirərsinizsə, bu cinayət məsuliyyətinə səbəb olmaya bilər.

CM-nin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin  və ya başqa şəxsin həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərinə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.Lakin özünüzü müdafiə etmək üçün yetirdiyiniz xəsarətlər qəsd edən şəxsin sizə yönəlmiş hərəkətlərinə mütənasib deyildirsə, bu zəruri müdafiə həddini aşmaqdır.Bu hal məsuliyyətə səbəb ola bilər.

Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev