Tramp: İran uranı zənginləşdirməyəcək, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparırıq
ABŞ Prezidenti Donald Tramp İranın artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacağını bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bunu "Truth Social"da yazıb.
Ağ Evin rəhbəri bildirib ki, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparılır.
"Birləşmiş Ştatlar İranla sıx əməkdaşlıq edəcək. Uran zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının (B-2 bombardmançılarının zərbələrindən sonra) bütün qalıqlarını çıxaracaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - o bildirib.
D.Tramp qeyd edib ki, hazırda Vaşinqton Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edir: "Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb"








