Tramp: Bu gecə bütöv bir sivilizasiya məhv olacaq

Tramp: Bu gecə bütöv bir sivilizasiya məhv olacaq

07 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp bu günün İran üçün "həlledici gecə" olduğunu bildirib və əlavə edib ki, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və onu artıq heç vaxt dirçəltməyəcəklər. Mən bunun baş verməsini istəmirəm, lakin yəqin ki, belə də olacaq",- o yazıb.

Bununla yanaşı o qeyd edib ki, rejimin tam və total dəyişməsi nəticəsində daha ağıllı və daha az radikal qüvvələr ortaya çıxa bilər, bu da, inqilabi dərəcədə gözəl dəyişikliklərə gətirib çıxaracaq.

"Biz bunu bu gecə, dünyanın uzun və çətin tarixinin ən vacib anlarından birində öyrənəcəyik", - o deyib.

Sonda ABŞ Prezidenti bildirib ki, 47 illik hədə-qorxu, korrupsiya və ölüm başa çata bilər və o, İran xalqına firavanlıq arzulayıb.