Xocavənd şəhərinə daha 33 ailə yola salınıb

Xocavənd şəhərinə daha 33 ailə yola salınıb

07 Aprel 2026

Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.

Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.