Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli olub

06 Aprel 2026

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Yarışda Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.