Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub -

Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub - FOTO

05 Aprel 2026

Bakı şəhərində 18 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını iki komanda – oğlanlarda “Naxçıvan”, qızlarda isə “Möminə Xatun” təmsil edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, oğlanların mübarizəsində “Naxçıvan” komandası pley-off mərhələsində çıxışını başa vurub. Komanda gərgin keçən oyunda “Murov Az Terminal”a 2:3 (18:25, 23:25, 25:21, 25:21, 16:18) hesabı ilə məğlub olub.

Qızların yarışında isə “Möminə Xatun” komandası uğurlu çıxışı ilə diqqət çəkib. Pley-off mərhələsində “Oğuz RVK” üzərində 3:1 (25:21, 25:11, 20:25, 25:18) hesablı qələbə qazanan komanda yarımfinala yüksəlib. Yarımfinal görüşündə Milli Aviasiya Akademiyasına 1:3 (30:28, 24:26, 21:25, 16:25) hesabı ilə uduzan təmsilçimiz üçüncü yer uğrunda mübarizəyə qatılıb. Bürünc medal uğrunda keçirilən qarşılaşmada “Möminə Xatun” voleybolçuları yenidən “Oğuz RVK” ilə üz-üzə gəlib və rəqibini 3:0 (25:14, 25:20, 25:15) hesabı ilə məğlub edərək Azərbaycan birinciliyinin bürünc medallarına sahib çıxıblar.