Azərbaycanın gənc tennisçiləri Avrasiya Liqasında yarışacaq

Azərbaycanın gənc tennisçiləri Avrasiya Liqasında yarışacaq

25 Mart 2026

Azərbaycanın gənc stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, seçmə komanda Aktobe şəhərində təşkil olunacaq və Avrasiya Liqası yarışında mübarizə aparacaq.

Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə martın 27-də Aktobe sınaqlarına qatılacaq. Yarışın ilk turuna martın 30-da yekun vurulacaq.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Azərbaycan seçməsi ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.