Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 73 kiloqram çəkidə çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə ispaniyalı Anton Şuxaliyevə qalib gəlib.
Qeyd edək ki, ötən gün Turan Bayramov (66 kiloqram) gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.








