Ordubadda “Xan bəzəmə” mərasimi keçirilir - VİDEO
Naxçıvanda əsrlərdən gələn Novruz ənənələri yaşadılır – Ordubadda “Xan bəzəmə” mərasimi keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində qorunub saxlanılan maraqlı Novruz bayramı adətləri bu gün də yaşadılmaqdadır. Bu adətlərdən biri də Ordubad rayonunda təşkil olunan “Xan bəzəmə” mərasimidir.
Mərasim zamanı bir nəfər “xan” seçilir və o, üç gün ərzində əsl hökmdar kimi geyindirilir. Meydanda hündür bir taxt qurulur və “xan” ora dəvət edilir. İki nəfər onu yelpiklə yelləyir, yanında vəzirləri əyləşir, hətta mərasimdə cəllad da yer alır.
Qədim ənənələri əks etdirən bu mərasim bayram ab-havasını daha da zənginləşdirir və iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.
https://www.instagram.com/reel/DWI_HNCCJp3/?igsh=MXVvZHVlMGRzZTE4Zw==
https://www.instagram.com/reel/DWJDWdbiHru/?igsh=bGprOHp6cTVydmE2








