Rayonlarda yağıntı intensivləşəcək -

Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

21 Mart 2026

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.