Naxçıvanda hava şəraiti martın 18-dək yağışlı olacaq
Naxçıvan Muxtar Respublikası ərazisində martın 15-dən 18-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, bəzi ərazilərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq, dolu düşəcəyi ehtimalı da var.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu axşam saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta təşkil edəcək. Gündüz saatlarında temperaturun 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.








