Azərbaycanda qadın vəkillərin sayı artıb
Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya yeni qəbul olan qadınların sayının artdığı bəyan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
O bildirib ki, yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə çatıb, bu göstərici ümumi üzvlərin təxminən 22 %-ni təşkil edir:
"Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir".








