İki ay ərzində 7 857 nəfərə proaktiv qaydada pensiya təyin edilib

İki ay ərzində 7 857 nəfərə proaktiv qaydada pensiya təyin edilib

15 Mart 2026

2026-cı ilin yanvar-fevral ayları ərzində 7 857 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların 60,72%-ni kişilər, 39,28%-ni isə qadınlar təşkil edib.