Azərbaycanda rәqәmsal bankçılığın xüsusi çəkisi açıqlanıb

Azərbaycanda rәqәmsal bankçılığın xüsusi çəkisi açıqlanıb

15 Mart 2026

2025-ci ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin sayı 59,7 milyon әdәd, məbləği isә 889,3 milyard manat tәşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, aparılan köçürmәlәrin say üzrә 94,4 %-i, məbləğ üzrә isә 82,5 %-i mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin məbləği əvvəlki ilə nisbətən 12,4 % artaraq 308,9 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin məbləği isə 14,3 % artaraq 73 milyard manat olub.