Naxçıvanda hava şəraiti dəyişəcək – Qar və duman gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, martın 4-ü gündüz saatlarından etibarən hava şəraitinin yenidən dəyişəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi ərazilərdə qar yağacağı, arabir duman müşahidə olunacağı ehtimal edilir. Qeyri-sabit hava şəraitinin martın 5-i də daxil olmaqla davam edəcəyi bildirilir.
Qərb küləyi əsəcək, sürəti 5–10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturunun axşam saatlarında 0–5 dərəcə şaxta, gündüz isə 4–9 dərəcə isti olacağı gözlənilir.
Məlumata görə, qeyd olunan hava şəraiti ilə bağlı proqnozun özünü doğrultma ehtimalı təxminən 58 faiz təşkil edir.








