Naxçıvanda hava dəyişir:

Naxçıvanda hava dəyişir: Qar, duman və külək gözlənilir

25 Fevral 2026

Naxçıvan Muxtar Respublikası ərazisində fevralın 26-sı axşam saatlarından martın 1-dək hava şəraitinin arabir yağıntılı keçəcəyi proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bəzi ərazilərdə qar yağacağı, eləcə də duman müşahidə olunacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu axşam saatlarında -2 ilə +3 dərəcə, gündüz saatlarında isə 11–16 dərəcə isti təşkil edəcək.

Qeyd olunan hava şəraiti ilə bağlı proqnozun özünü doğrultma ehtimalı təxminən 70 faizdir. Sakinlərə əlverişsiz hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir.