Daxili işlər naziri Şərurda vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri Şərurda vətəndaş qəbulu keçirəcək

25 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən vətəndaş qəbulu keçiriləcək.

“NAXÇIVANXƏBƏRLƏRİ”- nin məlumatına görə, qəbul martın 2-də saat 10:00-da Şərur Rayon Polis İdarəsinin inzibati binasında baş tutacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 2 mart 2026-cı il tarixədək Şərur Rayon Polis İdarəsinə, eləcə də Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Qəbulda iştirak edən vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.