Naxçıvanda “Səs və söz” adlı möhtəşəm konsert proqramı keçiriləcək

Naxçıvanda “Səs və söz” adlı möhtəşəm konsert proqramı keçiriləcək

23 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “Səs və söz” adlı konsert proqramı təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRƏRLƏRİ" məlumat verir ki, konsert proqramında sevilən ifaçılar – Almaxanım Əhmədli, Zabitə Əliyeva və bədii qiraətçi Xəzər Süleymanlı səhnə alacaqlar. Gecədə canlı musiqi, zövqlü ifalar və unudulmaz sənət atmosferi tamaşaçılara təqdim ediləcək.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə baş tutacaq. Konsert 10 aprel 2026-cı il tarixində saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək.

Bilet qiymətləri 2030 və 40 AZN təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından əldə etmək mümkündür.

Əlaqə nömrəsi: +994 51 367 02 16