Ədliyyə Nazirliyi tibb xidmətinə qulluğa qəbulla bağlı müsahibə elan edir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti üzrə kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədilə həkim (zabit) vəzifələrinə qulluğa qəbulla bağlı müsahibə keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vakant vəzifələr əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə taboru və cəzaçəkmə müəssisələrindədir. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibəyə dəvət edilirlər.
Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında 23 fevral 2026-cı il tarixdən 30 mart 2026-cı il tarixədək nəzərdə tutulmuşdur. Həmçinin müraciətlər elektron poçt ünvanı (njustice.gov.az) vasitəsilə də edilə bilər.
Əlaqə nömrəsi: (036) 545-00-69








