Azərbaycan səfiri Monakonun xarici işlər və əməkdaşlıq üzrə naziri ilə danışıqlar aparıb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi - avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm", - L.Abdullayeva yazıb.








