“Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirilib - FOTO
Tədbirdə dərnək üzvləri tərəfindən ana dilinə həsr olunmuş şeir və musiqi nömrələri təqdim edilib, milli rəqs nümunələri nümayiş olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirn canlı yaradıcılıq və interaktiv baxış hissəsində dərnək üzvlərinin hazırladıqları rəsm, dekorativ işlər, bədii tikmə, yandırma, bijuteriya, aplikasiya, rəsm nümunələri, folklor və dram kompozisiyaları təqdim edilib, ana dilinə dair sözlərin düzgün istifadəsi və ifadə mədəniyyəti təbliğ olunub.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, ana dilinin təbliği və qorunması istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin əhəmiyyəti xüsusi qeyd olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi Azərbaycan dilinin zənginliyinin, saflığının və milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini bir daha diqqətə çatdırmaq, gənc nəslin ana dilinə bağlılığını möhkəmləndirmək, onların nitq mədəniyyətini və yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarət olub.












