MM: "İmprotex Motors" MMC-lə müqavilənin ümumi məbləği 22,8 min manat təşkil edir

MM: "İmprotex Motors" MMC-lə müqavilənin ümumi məbləği 22,8 min manat təşkil edir

21 Fevral 2026

Son günlər bir sıra xəbər saytlarında Milli Məclislə "İmprotex Motors" MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Məlumatlarda müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, bununla bağlı məlumat həqiqəti əks etdirmir.

"Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "İmprotex Motors" MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir", - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.