Ramazanın 4-cü gününün duası -

Ramazanın 4-cü gününün duası - imsak və ifrat vaxtı

21 Fevral 2026

Sabah Ramazan ayının dördüncü günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda fevral ayının 22-də imsak vaxtı saat 06:18 - də, iftar vaxtı isə saat 18:57 - dədir.

Ramazan ayının 4-cü gününün duası:

"İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!"

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

 Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

 Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

 Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

 Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

 Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq