Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb

Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb

21 Fevral 2026

Bu ilin yanvar ayında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 56,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 53,5 milyon kVt-saat və ya 21,6 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 18,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 2,5 milyon kVt-saat və yaxud 15,6% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkil edib.