Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

21 Fevral 2026

Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (89,88 Mbps) görə dekabr ayına nisbətən 5 pillə irəliləyərək 152 ölkə arasında 81-ci olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (66,83 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 34,5 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (75,34 Mbps), İran (22,05 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (81,21 Mbps), Qazaxıstan (87,17 Mbps), Qırğızıstanı (85,41 Mbps) və Tacikistanı (39,59 Mbps) geridə qoyub.