Hikmət Hacıyev: Sülh Şurasının ilk iclasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır

Hikmət Hacıyev: Sülh Şurasının ilk iclasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır

19 Fevral 2026

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.

"SÜLH sözünün böyük baş hərflərlə yazıldığı fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxır. Təsadüf kimi görünə bilən bu an dərin simvolik məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev qurucu üzv dövlət kimi Sülh Şurasının təsis iclasında iştirak edir. Sülh Şurasının Təsisçi Sədri kimi Prezident Donald Tramp bir daha Azərbaycan-Ermənistan sülh gündəliyini vurğuladı", - paylaşımda qeyd olunub.

https://x.com/HikmetHajiyev/status/2024504615257985337